Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb. "Volkswagen Passat" markalı minik avtomobili "Opel" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Opel" idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Hər iki sürücü - Şağlaser kənd sakini 1997-ci il təvəllüdlü Rəşid Əzimzadə və Separadi kənd sakini 1997-cü il təvəllüdlü Mikayıl Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.