Bank Of Baku

Lerikdə maşın kanala aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Lerikdə maşın kanala aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB  - FOTO
# 04 may 2023 11:52 (UTC +04:00)

Lənkəran-Lerik yolunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar mayın 4-də saat 09:59 radələrində 2 nəfər təcili tibbi yardım maşını ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir.

***

10.47

Lerikdə yol qəzası olub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunun 37 kilometrliyində baş verib. FHN-in Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb və ətrafdakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Kərgəlan kənd sakini Rəvan Çingiz oğlu İbadzadə hadisə yerində ölüb. Sürücü və digər sərnişin - Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən maşının sürücüsü Zəka Həmidov Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı Lerik Rayon Polis şöbəsində araşdırma aparılır.

Aləmdə Nəsib

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR