Bank Of Baku

Lerikdə saxlanılan narkokuryerdən 10 kq marixuana aşkarlanıb

Lerikdə saxlanılan narkokuryerdən 10 kq marixuana aşkarlanıb
# 25 fevral 2025 09:08 (UTC +04:00)

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, əvvəllər də məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazovda 10 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR