Bank Of Baku

Leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda yaranan çətinlik aradan qaldırılıb - FOTO

Leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax yolunda yaranan çətinlik aradan qaldırılıb - FOTO
# 06 may 2025 19:49 (UTC +04:00)

Güclü yağan leysan yağışları Bakı-Şamaxı-Yevlax yolunda fəsadlar yaradıb.

APA-nin Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, güclü yağış səbəbindən gələn sel yolun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR