Bank Of Baku

Masallıda doğuş zamanı ana və körpə ölümü baş verib - YENİLƏNİB

Masallıda doğuş zamanı ana və körpə ölümü baş verib - YENİLƏNİB
# 23 aprel 2025 12:11 (UTC +04:00)

Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata görə, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb: "Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb. Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır".

APA-nın yerli bürosunun xəbərinə görə, doğuş zamanı körpə də ölüb.

Doğuşda ölən Nərmin Mehbalıyevanın 4 azyaşlı övladı var.

İlkin Rzayev

***

11.11

Masallıda doğuş zamanı ana ölümü baş verib.

APA-nın xəbərinə görə, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR