Bank Of Baku

Məhkəmə özəlləşdirmə çeklərindən istifadəyə dair iddianı mümkün saymayıb

Məhkəmə özəlləşdirmə çeklərindən istifadəyə dair iddianı mümkün saymayıb
# 06 dekabr 2024 18:22 (UTC +04:00)

Bu gün Bakı İnzibati Məhkəməsində özəlləşdirmə çekləri ilə bağlı bir qrup vətəndaşın iddiasına baxılıb.

APA xəbər verir ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərar verib.

Qeyd olunub ki, Bakı İnzibati Məhkəməsində bir qrup şəxsin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası mümkün sayılmayıb.

Dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatmışdır və həmin çeklər tədavüldən çıxarılıb. Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmamış, bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilir ki, 1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.

Qeyd edək ki, bir qrup vətəndaş dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması və s. iddialarla Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Bir müddətdir davam edən proses bu gün yekunlaşıb, məhkəmə qərarında iddianı mümkün saymayıb.

Əlavə edək ki, bu gün məhkəmə prosesinin gedişində sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video yayılıb. Bakı İnzibati Məhkəməsinin binası qarşısından yayımlanan həmin videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı əksini tapıb.

Xatırladaq ki, Dövlət özəlləşdirmə payları (çeklər) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR