Mingəçevir şəhərində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 54 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
19.09
Mingəçevirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, 84 yaşlı Osmanova Rahilə Mingəçevir şəhərində yaşadığı evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.