Bank Of Baku

Mingəçevirdə iki yeniyetməni avtomobil vurub

Mingəçevirdə iki yeniyetməni avtomobil vurub
# 02 iyun 2025 17:07 (UTC +04:00)

Mingəçevirdə avtomobil iki piyadanı vurub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, "KİA" markalı minik maşını 2008-ci il təvəllüdlü Ə.Nəzirlini və onun həmyaşıdı M. Məmmədlini vurub.

Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

TƏBİB-dən APA-ya bildirilib ki, iyunun 2-də saat 13:50 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü şəxsə sağ diz oynağının qapalı travması, digər 2008-ci il təvəllüdlü şəxsə isə burun nahiyəsinin əzilmiş yarası, bədənin çoxsaylı sıyrılmış yarası diaqnozları təyin edilib.

Hazırda hər birinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Elgün Gəncimsoy

Günay Elşən

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR