Bank Of Baku

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var
# 13 mart 2025 12:02 (UTC +04:00)

Mingəçevirdə kütləvi dava olub.

APA-nın xəbərinə görə, Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarətlər yetiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər Polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR