Bank Of Baku

Naxçıvan sakinləri Türkiyədə qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Naxçıvan sakinləri Türkiyədə qəzaya düşüb, 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB
# 27 may 2025 11:59 (UTC +04:00)

İğdırda baş verən yol qəzasında ölən Naxçıvan sakininin kimliyi məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzada ölən şəxsin Şərur rayonu Mahmudkənd sakini, 1977-ci il təvəllüdlü Ramil Nəsirov olduğu bildirilir.

Qəzada xəsarət alanlar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.

***

11.00

Naxçıvan sakinləri Türkiyədə qəzaya düşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında 68-CA-524 nömrə nişanlı "Mitsubishi" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə zamanı Naxçıvan sakinləri olan 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan biri ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR