Naxçıvanda 6 mərmi aşkar edilib - FOTO - YENİLƏNİB - VİDEO

Naxçıvanda 6 mərmi aşkar edilib - FOTO  - YENİLƏNİB  - VİDEO
# 04 iyun 2024 18:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Çalxanqala, Təzəkənd, Şahtaxtı və Xok kəndləri ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 4 ədəd top mərmisi, 1 ədəd minaatanın minası və 1 ədəd qumbaraatan mərmisinin hissəsi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

***

17.16

Naxçıvan MR Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, mərmilər Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunub.

Aşkarlanan 2 ədəd 122 mm-lik, 1 ədəd 112 mm-lik, 1 ədəd 87 mm-lik top mərmisi, 1 ədəd 84mm-lik minaatan mərmi, 1 ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR