Bank Of Baku

Naxçıvanda fərdi yaşayış evində yanğın olub, bir nəfər ölüb

Naxçıvanda fərdi yaşayış evində yanğın olub, bir nəfər ölüb
# 11 aprel 2025 21:20 (UTC +04:00)

Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 4 m² hissəsində yataq dəsti yanıb. Evin 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR