Naxçıvanda itlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanılıb - VİDEO

Naxçıvanda itlərə işgəncə verilməsinə şərait yaradan şəxslər saxlanılıb - VİDEO
# 24 may 2024 11:33 (UTC +04:00)

Sosial şəbəkələrdə bir qrup şəxsin uşaqların gözü qarşısında itləri boğuşduraraq onlara işgəncə verdiklərini əks etdirən görüntülər yayılıb.

APA-nın məlumatına görə, araşdırma zamanı videonun Naxçıvan Muxtar Respublikası ərazisində çəkildiyi məlum olub.

Kadrlar yayıldıqdan dərhal sonra polis araşdırma aparıb.

Məlumata görə, Naxçıvan MR polisi tərəfindən heyvana işgəncə verilməsinə şərait yaradan şəxslərin hamısı saxlanılıblar.

Onlar barəsində qanunauyğun tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR