Naxçıvanın magistral su xəttində qəza baş verib, bəzi yerlərdə suyun verilişi dayandırılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Əliqulu Qəmküsar küçəsi, Babək və Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
Məlumata görə, işlər gün ərzində yekunlaşdırılacaq, suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.