Bank Of Baku

Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb

Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
# 25 may 2025 21:33 (UTC +04:00)

Naxçıvan-Batabat yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosunun məlumatına görə, hadisə Babək rayonunun Biçənək kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində Babək rayonunun Şəkərabad kənd sakinləri – 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu və 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR