Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan avtomobil idarə edən sürücülərin müəyyən olunması istiqamətində nəzarət tədbirləri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı üzərində dövlət nömrə nişanı olmadan hərəkətdə olan nəqliyyat vasitələri saxlanılıb. Törətdikləri qayda pozuntularına görə məsuliyyətdən yayınmağa çalışan həmin sürücülərlə profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Barələrində müvafiq tədbirlər görülməklə inzibati məsuliyyətə cəlb olunublar.
Nömrəsiz maşın sürənlər məsuliyyətə cəlb olunublar
11 avqust 2022 10:42 (UTC +04:00)
Hadisə
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən şəxs məhkəmədə həbs olunub
16:58
1 may 2024
Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru, direktor müavini və şöbə müdiri rüşvət alarkən saxlanılıb- VİDEO
16:51
1 may 2024
Şəmkirdə inşaat materialları mağazası yanıb, xəsarət alan var - YENİLƏNİB - FOTO
16:47
1 may 2024
Xırdalanda evdən qadın meyiti tapılıb
16:24
1 may 2024