Bank Of Baku

“OBA” marketdə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

“OBA” marketdə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
# 27 fevral 2025 11:16 (UTC +04:00)

Fevralın 27-i saat 7-də Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib.

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR