Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonu, Bayan kəndində taxıl sahəsindəki avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.
Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.
***
15.12
Oğuzda buğda daşıyan iritonnajlı yük maşını yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.
Taxıl sahəsində buğda ilə yüklənmiş TIR-da anidən yanğın baş verib. TIR və içərisində olan 25 ton buğdanın bir hissəsi yanıb.
Yanğın FHN-in Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.