Oğuz rayonunun şimal hissəsindəki yüksək dağlıq ərazidə yanğın başlayıb.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, yanğın Sazur dərəsindəki kol-kos ərazidə qeydə alınıb.
Hazırda rayonun yanğından mühafizə qüvvələri mürəkkəb reylefli dağlıq ərazidə yanğınsöndürmə tədbirləri həyata keçirir. Əlavə məlumat veriləcək.
Aysel Şahmar