Oğuzda minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda, rayonun Padar kəndi ərazisində baş verib.
İlkin məlumata görə, "Mercedes" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alan "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev və 1984-cü il təvəllüdlü Aynur Salahova Oğuz xəstəxanasına yerləşdirliblər.
Ə. Məmmədəliyev xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, Oğuz rayonunun Padar kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 29 iyul tarixində saat 08:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara travmatik şok, beyinin əzilmiş yarası, kəllə əsasının sınığı, baş və bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.
1984-cü il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
1987-ci il təvəllüdlü şəxs (kişi) isə göstərilən zəruri reanimasiya tədbirlərinə cavab verməyib və saat 09:15-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.