Bank Of Baku

Oğuzda maşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb - FOTO

Oğuzda maşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb - FOTO
# 29 aprel 2025 20:27 (UTC +04:00)

Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər — rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov — müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR