Bank Of Baku

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb - FOTO

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb - FOTO
# 03 iyul 2025 16:09 (UTC +04:00)

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri-2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb. Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR