Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Quliyeva Şəbnəm Azər qızı yolu keçərkən onu avtomobil vurub.
Yaralı çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.