Paytaxtda yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO

Paytaxtda yol qəzası zamanı bir nəfər xəsarət alıb - FOTO
# 03 oktyabr 2023 02:16 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza "Qələbə" dairəsi istiqamətində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik vasitəsinin sürücüsü maşını “Toyota Prius” markalı avtomobilə çırpıb.

Məlumata görə, bir nəfər yüngül xəsarət alıb. Toqquşma nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Yolda yaranan sıxlığı aradan qaldırmaq məqsədilə avtomobillər qəza yerindən evakuasiya edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR