Paytaxtın Qaraçuxur qəsəbəsində qəza baş verib, xəsarət alanlar var - FOTO

Paytaxtın Qaraçuxur qəsəbəsində qəza baş verib, xəsarət alanlar var - FOTO
# 24 iyun 2025 23:02 (UTC +04:00)

Bakının Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Əraziyə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza zamanı ağır dərəcəli xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Fərid Yusifov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR