Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Bu barədə APA-ya DİN-dən bildirilib.
Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov saxlanılılıb.
Araşdırma aparılır.