Polis saxlayan zaman özünə xəsarət yetirib gizlənən şəxs və onunla birgə olan bir nəfər tutulub

Polis saxlayan zaman özünə xəsarət yetirib gizlənən şəxs və onunla birgə olan bir nəfər tutulub
# 24 may 2024 10:51 (UTC +04:00)

Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslər - Şirvan şəhər sakinləri 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu və 1983-cü il təvəllüdlü Əliyev Mehman Aydın oğlundan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR