Avqustun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tapança, 11 tüfəng, 5 patron darağı, 1 mərmi və 3 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.