Bank Of Baku

Qaxda yol qəzasında bir ailənin 4 üzvü və iki qardaş xəsarət alıb - YENİLƏNİB - FOTO

Qaxda yol qəzasında bir ailənin 4 üzvü və iki qardaş xəsarət alıb - YENİLƏNİB  - FOTO
# 07 iyun 2025 18:39 (UTC +04:00)

Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəzada Abşeron rayon sakinləri - 1986-cı il təvəllüdlü Mehman Abdullayev, onun həyat yoldaşı Şəbnəm Abdullayeva, onların övladları - 2013-cü il təvəllüdlü İ.Abdulla və 2016-cı il təvəllüdlü Ö.Abdulla, Qaxın Turaclı kənd sakinləri 1986-cı il təvəllüdlü Şahlar Bəşirov və qardaşı 1988-ci il təvəllüdlü Yasin xəsarət alıb.

12 yaşlı A.İbrahim Qax xəstəxanasında əməliyyat olunub. Mehman Abdullayev və xəsarət alan digər övladı Zaqatala xəstəxanasına göndəriliblər.

***

18.15

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR