Bank Of Baku

Qazaxda yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB 2

Qazaxda yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB 2
# 18 noyabr 2026 20:58 (UTC +04:00)

Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.

***

20:36

Qazaxda "Opel" və "Tofaş" markalı iki minik avtomobilinin toqquşması zaman ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə hadisə yerində ölənlər rayonun Kəmərli kənd sakinləri 2018-ci il təvəllüdlü M. Mehtili, 2018-ci il təvəllüdlü G. Dəryahquluyeva və 1989-cu il təvəllüdlü S. Dəryahquluyevdir.

“Opel” markalı avtomobilin sürücüsü İ. Müsədirov və “Tofaş” markalı avtomobilin sərnişini 1996-cı il təvəllüdlü T. Dəryahquluyeva isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq İ. Müsədirovu xışla etmək mümkün olmayıb. T. Dəryahquluyevanın isə vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***

19:46

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik maşını ilə "Tofaş" markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR