Bank Of Baku

Qəbələdə avtomobil 10 yaşlı uşağı və onun əmisini vurub

Qəbələdə avtomobil 10 yaşlı uşağı və onun əmisini vurub
# 04 may 2023 11:03 (UTC +04:00)

Qəbələdə avtomobil iki piyadanı vurub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən saat 22 radələrində Qəbələ rayonunun Məlikli kəndi ərazisində baş verib. Rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında gedən piyadalar - 1992-ci il təvəllüdlü Şahid Kərimovu və onun qardaşı qızı, 10 yaşlı Ə.Kərimovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub və şöbənin İstintaq bölməsində araşdırmalar davam etdirilir.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR