Bank Of Baku

Qəbələdə on gün əvvəl avtomobillə vurulan piyada ölüb

Qəbələdə on gün əvvəl avtomobillə vurulan piyada ölüb
# 17 aprel 2023 10:35 (UTC +04:00)

Qəbələdə on gün əvvəl avtomobillə vurularaq xəsarət alan piyada ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, aprelin 7-də Qəbələ şəhəri ərazisində Rahim Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulan 1968-ci il təvəllüdlü Vəndam qəsəbə sakini Yaqub Hacıyev bu gün müalicə olunduğu xəstəxanada vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR