Qənirə Paşayeva vəfat edib - YENİLƏNİB

Qənirə Paşayeva vəfat edib - YENİLƏNİB
# 28 sentyabr 2023 21:40 (UTC +04:00)

Deputat Qənirə Paşayevanın nəşi Mərkəzi Klinikadan Heydər məscidinə aparılıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verib.

***

20.20

Deputat Qənirə Paşayeva vəfat edib.

APA xəbər verir ki, deputat xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.

O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.

Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR