Bank Of Baku

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 09 may 2023 00:26 (UTC +04:00)

Mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-dişici alətlə yetirilməyə xarakterik xəsarət olan kimi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Binəqədi rayon prokurorluğunundan APA-ya bildirilib ki, Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elgün Abbasov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR