Qətldə ittiham olunan Hindistan vətəndaşı Saçın Bicno ölkəsinə ekstradisiya olunacaq.
APA xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
Məhkəmənin qərarına əsasən, Saçın Bicno Ədliyyə Nazirliyi konvoyunun müşayiəti ilə Hindistana göndəriləcək.