Bank Of Baku

Qobustanda 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Qobustanda 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb
# 08 sentyabr 2022 01:23 (UTC +04:00)

Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub.

APA xəbər verir ki, hadisə magistral yolun 61-ci kilometrliyində - Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Onlardan birinin xəsarəti yüngül olduğundan yerində müdaxilə edilib.

Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR