Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb. Kənd sakini Azər Kamilov özünə məxsus həyatyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırmalar davam etdirilir.