Qubada və Şabranda dələduzluqda ittiham edilən şəxslər saxlanılıb

Qubada və Şabranda dələduzluqda ittiham edilən şəxslər saxlanılıb
# 24 may 2024 10:27 (UTC +04:00)

Qubada dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında rayon sakini Xəlil Əhmədovu saxlayıblar.
O, K.Salahovanın 1000 (min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəlidir.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Məlumata görə, Şabranda da dələduzluq edən şəxs saxlanılıb.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Abşeron rayon sakini Elman Əlicanovu saxlayıblar.
O, B.Məlikovun 2500 (iki min beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəlidir.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR