Qubada iki obyekt 4000 manat cərimələnib

Qubada iki obyekt 4000 manat cərimələnib
# 10 yanvar 2022 10:48 (UTC +04:00)

Qubada xüsusi karantin rejim qaydalarına əməl etməyən iki obyekt cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb.


Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Çingiz Talıbov və Bəxtiyar Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR