Bank Of Baku

Qubada körpü qəzalı vəziyyətə düşüb, 60-dan çox kəndə gediş-gəliş çətinləşib

Qubada körpü qəzalı vəziyyətə düşüb, 60-dan çox kəndə gediş-gəliş çətinləşib
# 23 aprel 2025 19:12 (UTC +04:00)

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

APA-nın Şimal bürosu xəbər verir ki, çaya gələ güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.

Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 60-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR