Bank Of Baku

Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib

Qubada yanğın törədənlərdən biri həbs olunub, ikisi cərimələnib
# 04 avqust 2025 19:58 (UTC +04:00)

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbovun APA-ya verdiyi məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR