Qusarda 32 yaşlı hamilə dəm qazından boğularaq ölüb

Qusarda 32 yaşlı hamilə dəm qazından boğularaq ölüb
# 07 may 2024 09:02 (UTC +04:00)

Qusarda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, Qusar şəhər sakini, 1992-ci il təvəllüdlü Sevda Bədəlova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Sevda Bədəlova təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qadının hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Cəfər Talıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR