Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar-Şahdağ yolunda “Toyota Prius” markalı maşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - 27 yaşlı Masri Aldaşsari və onun həyat yoldaşı Shaykhan Alşuthaylan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.