Qusarda mürəkkəb relyefli dağlıq ərazidə yanğın söndürülüb.
APA FHN-in saytına istinadən xəbər verir ki, Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sıx meşə massivinə keçməsinə imkan verilmədən söndürülüb.
***
16:13
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın əsasən əl üsulu ilə söndürülür.
Əlavə məlumat veriləcək.