Bank Of Baku

Ruben Vardanyan pis rəftara məruz qalmadığını, normal şəraitdə saxlandığını bildirib

Ruben Vardanyan

© APA | Ruben Vardanyan

# 04 mart 2025 17:38 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Ruben Vardanyan və Bako Saakyan saxlandıqları dövrdə onlara humanist münasibət göstərildiyini bildiriblər.

Bu barədə Ombudsmanın mətbuat xidmətindən APA-ya bildirilib.

Qeyd edilib ki, onlar hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR