Saatlıda avtomobil dəmir yolu keçidinə çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO

Saatlıda avtomobil dəmir yolu keçidinə çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO
# 17 iyun 2025 17:01 (UTC +04:00)

Saatlıda avtomobil və dəmir yollarının kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə saat 15 radələrində Saatlı-Məzrəli avtomobil yolunun kəsişdiyi dəmir yolu xəttində, keçiddə qeydə alınıb. 77-CU-324 dövlət nömrə nişanlı "BMW" markalı minik maşını idarəetmədən çıxıb, keçidin ətrafında olan qoruyucu relsə çırpılaraq yoldan kənara düşüb.

Qəzada Neftçala rayon sakinləri - 1991-ci il təvəllüdlü Aynurə Məlikova və 2009-cu il təvəllüdlü Arif Bədəlov xəsarət alaraq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR