Saatlıda qəza zamanı motosiklet sürücüsü ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Musalı kəndində qeydə alınıb. Ağarəhimli kənd sakini, 1987-ci il təvəllüdlü Salahov Röyal Mirsalah oğlunun idarə etdiyi motosiklet digər maşınla toqquşub. Qəza nıticəsində motosiklet sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.