Bank Of Baku

Sabiq polis əməkdaşı özünə qəsd edib

Sabiq polis əməkdaşı özünə qəsd edib
# 09 may 2023 18:16 (UTC +04:00)

Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.

APA xəbər verir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə DİO-dan xaric edilib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın əldə etdiyi xəbərə görə, intihar edən 28 yaşlı Məhərrəm Hüseynov sevdiyi qıza görə intihar edib. Belə ki, M. Hüseynov sevdiyi qızın ona verilməməsi səbəbindən həyatına qəsd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR