Sabirabadda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
APA-nın məlumatına görə, ötən gün rayon sakini, 1990-cı il təvəllüdlü Fəyal Bayramov idarə etdiyi "QAZ-3110" markal avtomobili idarəetməni itirərək rayonun Nərimankənd ərazisinndə su kanalına aşırıb. Nəticədə özü və sərnişini 1989-cu il təvəllüdlü Cəlal Məmmədov suda boğularaq ölüb.
Fakla bağlı Sabirabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.