Bank Of Baku

Sabirabadda güclü külək tikilinin damını avtomobilin üstünə aşırıb

Sabirabadda güclü külək tikilinin damını  avtomobilin üstünə aşırıb
# 03 iyun 2025 20:43 (UTC +04:00)

Sabirabadda müşahidə olunan güclü külək nəticəsində tikilinin damı uçaraq avtomobilin üstünə aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 19 radələrində Sabirabad şəhəri ərazisində güclü külək müşahidə edilib.

Bir neçə dəqiqə davam edən küləyin təsiri nəticəsində Heydər Əliyev prospektində yerləşən tikilinin dam örtüyü uçaraq yol kənarında dayanan avtomobilin üstünə aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb, damı uçan tikili və avtomobil yararsız hala düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR